Maya Sandu Azərbaycan və Ermənistanı təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Maya Sandu Azərbaycan və Ermənistanı təbrik etdi

Siyasət

09 Avqust 2025 14:04 358


Moldova Prezidenti Maya Sandu Azərbaycan və Ermənistanı sülh müqaviləsinin paraflanması münasibətilə təbrik edib.

Yenisabah.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.

“Ermənistan və Azərbaycan arasında razılaşma onilliklər boyu davam edən düşmənçiliyə son qoymaq yolunda mühüm mərhələdir. Biz hər iki tərəfi, Azərbaycan Prezidenti İlham Əliyevi, Ermənistanın Baş naziri Nikol Paşinyanı, eləcə də ABŞ Prezidenti Donald Trampı regionda sülh, barışıq və firavanlığa yol açmağa kömək etdiklərinə görə təbrik edirik”, - o vurğulayıb. Dördpendirli pizza

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri avqustun 8-də Vaşinqtonda “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişin mətnini paraflayıblar./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!