“Mediaya reklam verən şirkətlərə vergi güzəştləri edilsin”

saytların hazırlanması

Evə çatdırılma

“Mediaya reklam verən şirkətlərə vergi güzəştləri edilsin”

Siyasət

11 Fevral 2019 22:38 1032


“Mətbuat Şurası haqqında” qanun layihəsi artıq hazərdır və Prezident Administrasiyasında baxılır”.

Bunu bu gün Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclasında Şuranın sədri Əflatun Amaşov deyib. Onun sözlərinə görə, layihə baxıldıqdan sonra Milli Məclisə göndəriləcək. O, həmçinin onlayn media haqqında ayrıca qanunun qəbul edilməsinin vacib olduğunu bildirib. İdarə Heyətinin iclasında həmçinin onlayn mediaya dövlət dəstəyi ilə bağlı mexanizmin hazırlanması, metroda və başqa ictimai yerlərdə qəzet-jurnal, eləcə də, kitab satışının bərpa olunnması haqqında da təkliflər verilib.

İclasdsa belə bir fikir də səslənib ki, mediaya reklam verən şirkətlərə vergi güzəştlərinin tətbiq edilməsi hökumət qarşısında qaldırılsın. Sosial reklamların qəzetlərdə yerləşdirilmısi haqda da təkliflər səslənib. Həmçinin bildirilib ki, bu yaxınlarda Türkiyədə edildiyi kimi Azərbaycanda da qəzet kağızı vergidən azad edilə bilər. pizza

Bizimyol.info


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!