Medvedev Navalnının arvadını yıxdı-sürüdü: Ərinin ölümünü gözləyirmiş... 

saytların hazırlanması

Evə çatdırılma

Medvedev Navalnının arvadını yıxdı-sürüdü: Ərinin ölümünü gözləyirmiş... 

Dünya

22 Fevral 2024 16:15 948


Aleksey Navalnının dul arvadı Yuliya siyasi karyerasına başlamaq üçün ərinin ölümünü gözləyirmiş. 

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib. 

“Navalnının dul arvadının gülən xoşbəxt üzünə baxın. Görünür, o, bütün bu illər ərzində siyasi həyatını inkişaf etdirmək üçün bu hadisəni gözləyirmiş”, - Medvedev “Ria Novosti”yə müsahibəsində deyib.  Dominos pizza

O qeyd edib ki, Aleksey Navalnı haqqında yaxşı heç nə deyə bilməz. 

Bundan əvvəl Yuliya 60-cı Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı ərinin işini və mübarizəsini davam etdirəcəyini bildirmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!