Mehdiyevin dövründə fəxri addan məhrum edilən yazıçı: “Mənim üçün çox çətindir”

saytların hazırlanması

Evə çatdırılma

Mehdiyevin dövründə fəxri addan məhrum edilən yazıçı: “Mənim üçün çox çətindir”

Siyasət

17 Oktyabr 2025 09:45 403


Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev barədə 4 ay müddətinə qətimkan tədbirinin seçilməsi kifayət qədər ciddi müzakirələrə yol açıb. Mehdiyevin üzv olduğu dövlət təşkilatlarından xaric edilməsi məsələsi ilə yanaşı vaxtilə layiq görüldüyü bir sıra titullarının, fəxr adlarının, “Şərəf”, “Şöhrət”, “İstiqlal” və Heydər Əliyev ordenlərinin də əlindən alacağı bildirilir. Müzakirələr fonunda yazıçı Əkrəm Əylislinin Ramiz Mehdiyevin vəzifədə olduğu dövrlərdə "Xalq yazıçısı" fəxri adından məhrum edilməsi məsələsi də yenidən gündəmə gətirilib.

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, Mehdiyev və onun ətrafında cərəyan edən proseslə bağlı Əkrəm Əylislinin də fikirlərini öyrənməyə çalışıb.

Yazıçı bunları deməklə kifayətlənib: “Bu mövzuda danışamaq istəmirəm. Çünki mənim üçün çox çətindir” Pepperoni pizza

Xatırlatma: Əkrəm Əylislinin “Xalq yazıçısı” fəxri adı 2013-cü ildə əlindən alınıb. Ramiz Mehdiyev həmin dövrdə Prezident Administrasiyasının rəhbəri olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!