Məhşurlar necə dincəlir? - Özləri danışdı 

saytların hazırlanması

Evə çatdırılma

Məhşurlar necə dincəlir? - Özləri danışdı 

Şou

14 Avqust 2024 17:20 1406


Yay mövsümü istirahət etmək istəyənlər üçün qaçılmaz fürsətdir. İnsanlar qızmar istilərdən yayınmaq üçün sərin, bir-birindən gözəl, gəzməli, səfalı bölgələrə üz tutur. Yerli turizm sektoru ən çox yay aylarında canlanır. Lakin sosial şəbəkələrdə bir qisim narazı insan yerli turizm mərkəzlərinin, istirahət məkanlarının xaricdəkilərdən daha baha başa gəldiyini iddia edərək, bu durumdan gileylənirlər. Bəs səsləndirilən iddialar nə dərəcədə doğrudur?

Məsələyə münasibət bildirən Xalq artisti Bilal Əliyev “Yeni Sabah”a deyib ki, istirahət etmək üçün xaricə getməyi seçməyib: 

“Bu dəqiqə hamının bütün dünyada baş verənlərdən xəbəri var. Ona görə də ailəmlə birlikdə vətənimizdə qalmağa, burada istirahət etməyə qərar vermişik. Maşallah, Azərbaycanımız, həqiqətən, cənnətə çevrilib. Bütün bölgələrimiz, o cümlədən Lerik, Yardımlı, Masallı, Astara, Lənkəran, Xaçmaz, Quba, Qəbələ, İsmayıllı və digərləri, ümumiyyətlə isə hamısı çox gözəldir, dincəlməli yerlərdir. Kimin imkanı varsa, bu bölgələrdə gedib istirahət etmək hamısından gözəldir. Bahalıqdan da danışsaq həm baha, həm də ucuz yerlər var. Əgər bahadırsa, gedib kirayə qalmaq üçün evlər var. Kirayə evlərin özünün də bahası və ucuzu olur. Yığışıb həmin evlərdən birində qalsınlar və istirahət etsinlər”.  Sezar pizza

Xalq artisti Mənsum İbrahimov da bu barədə danışıb, tətil üçün  xarici ölkələrə səfər etdiyini deyib: 

“Ümumiyyətlə, vaxt olduqca ailəmlə tətilə getməyə çalışıram. Mənim bu il bölgələrə getmək kimi bir fürsətim olmayıb. Onun üçün də bölgələrimizdəki bahalaşma ilə bağlı bir şey deyə bilməyəcəm”. 

Şeyla Səmiyeva 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!