Məleykə Əsədova niyə ailə qurmur?

saytların hazırlanması

Evə çatdırılma

Məleykə Əsədova niyə ailə qurmur?

Şou

14 May 2019 19:22 1416


"Mətbəxlə heç aram yoxdur. Ev işlərini köməkçidən də təmiz edirəm. Mətbəxi isə sevmirəm. Yemək iyinə allergiyam var. İyi gələrsə, yeyə bilmərəm. Ürəyim bulanır, götürə bilmirəm".

Bu sözləri Xalq artisti Məleykə Əsədova rejissor Nail Naiboğlunun "21 sual" adlı "Youtube" layihəsində deyib. Geyimləri haqda sualları cavabsız qoyan aktrisa heç vaxt məbləğ açıqlamayacağını söyləyib.

Əsədova "Ölü dənizdən evinə su çəkdirib" söhbətlərinə münasibət bildirib:  pizza hut

"Ucuz da geyinmək olar, amma zövqlə geyinin. Bir də görürsən ki, kimsə gözəl paltardadı. Soruşuram, ucuz qiymət deyir.

Kür çayının lıqqa suyu ilə böyümüşəm. Ölü dənizdən necə su çəkdirim? Hətta deyirlər, süd vannası qəbul edir. Bu mənə anamdan keçib. Belə dəriyə sahib olmağım genetikdir. 52 yaşım var, Allah mənə nəvə, qocalıq qismət etsin. Daxilimdə nur var, üzümə vurur".

Aktrisa "Niyə ikinci dəfə ailə qurmursunuz" sualına belə cavab verib: 

"Evimdə qız böyüdürəm. İstəmirəm başqasını. Qızım xoşbəxt olsun. Mənimki belə gətirdi...".

Axşam.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!