Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu oldu

İdman

20 Sentyabr 2026 21:44 162


Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə veteranlar arasında dünya çempionatı start götürüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Bildirilib ki, ilk yarış günündə Azərbaycan komandası M1 yaş kateqoriyasında 1 qızıl və 3 bürünc medal qazanıb. Sezar pizza

100 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.

Əbülfət İsmayılov (-60 kq), Mahir Abbasov (-81 kq) və Coşqun Abdullayev (-90 kq) isə bürünc medala layiq görülüblər.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 30 cüdoçu ilə təmsil olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!