Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABŞ-nin “Comstock” enerjı şirkəti ilə iri həcmli alqı-satqı müqaviləsini rəsmiləşdirib.
“Yeni Sabah” xəbər verir ki, əldə olunan razılaşmaya əsasən, SOCAR idarəetmə hüququ olmadan “Legacy Haynesville” layihəsindəki kəşfiyyat və hasilat aktvlərinin 20%-ni, “Western Haynesville” layihəsi üzrə 15%-ni, eləcə də “Pinnacle Gas Services LLC” müəssisəsində “Comstock”a aid olan 73 faizlik payın 15 faizini nəzarətinə keçirir.
Alqı-satqı üzrə yekun qiymətə müvafiq standart düzəlişlər edilməsi şərtilə, müqavilənin ümumi maliyyə həcmi 1,65 milyard ABŞ dolları qiymətləndirilir. Şərtlərə görə, SOCAR-ın “Western Haynesville” layihəsindəki iştirak payı 5 ildən sonra — yatırılan sarmayədən 15 faizlik gəlirlilik əldə edildikdən sonra 7,5 faizə qədər azaldılacaq. Sezar pizza
1 iyul 2026-cı il tarixindən qüvvəyə minən əməliyyatın tam yekunlaşması üçün hazırda aidiyyəti dövlət orqanlarının icazələrinin alınması və tələb olunan digər hüquqi proseslərin icrası davam etdirilir.
Telegram kanalımız