Əməkdar artist Tünzalə Əliyevanın əri Röyal mərhum həyat yoldaşından danışıb.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu haqda yazan Röyal arvadı üçün darıxdığını qeyd edib:
“Hər çətinliyi şükür edən yarım insanlar, kiminsə yazdıqlarını kimlərəsə oxuyub, təhsilli olur. Mən isə sənin yanında beş universitet bitirdim. Mənə həyatın necə bir şey olduğunu öyrədənim, hansı çətinklikdə nə edəcəyimi söyləyənim. Gözəl üzlü, gözəl yarım. Sezar pizza
Bəzi insanlar var ki, onlar heç nə etməsin, iş görməsin, yemək bişirməsin və sair, yetər ki, yanında olsun, eləcə sənə yol göstərsin, eynən sənin kimi. Bu gün mən yaşayan bir ölüyəm. And olsun ki, yaşamaq daha çətindir, nəyinki ölmək. Amma nə edək ki, mənim nəsibim olmadı, sənə qismət oldu. Bu gün yenə çətin günlərdən biridir. Yenə dəyəsən danışıb boşalmaq vaxtımdır. Allahıma şükürlər olsun, aldığına da, verdiyinə də…”
Telegram kanalımız