“Mənə təsir edən başqa şeylərdir” - Aysel
14 Avq 2020 10:29
998

“Mənə təsir edən başqa şeylərdir” - Aysel

Bir müddətdir bloqer Aysel Şükür həyat yoldaşı Oqtay Əhmədovdan ayrılıb.

“Yeni Sabah” Oxu.az-a istinadən xəbər verir ki, A.Şükürün paylaşdığı video və fotolarda kefsiz olması izləyicilərinin diqqətini çəkib.

O, "Instagram" səhifəsində videopaylaşım edərək bildirib ki, hər şey əladır: 

"Mənə yazırsınız ki, gözündən görünür, depressiyadasan, halsızsan, kefsizsən. Nə depressiyadayam, nə də başqa bir şey yoxdur. Sadəcə olaraq, əsəblərimə görə müalicə alıram. Dərmanlar məni halsız edir. Bu halı mən birinci dəfə yaşamıram ki, nəsə mənə təsir etsin. Mənə təsir edən başqa şeylərdir".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər