“Məni öldürsəydilər belə...” - Elçin Şıxlı

saytların hazırlanması

Evə çatdırılma

“Məni öldürsəydilər belə...” - Elçin Şıxlı

Sosial

03 Dekabr 2021 18:00 1351


Bəzi valideynlər uşaqlarının adını məcburi şəkildə musiqi və ya təsviri incəsənət dərnəyi, yaxud idman klublarına yazdırır. Onlar düşünür ki, beləcə yeniyetmə asudə vaxtını daha səmərəli keçirir. Ancaq uşaqların çoxu istəksiz şəkildə bir neçə saatını badad verir. 

Valideynlərin bu hərəkəti özünü elit görünmək addımıdır, yoxsa onlar övladın əlavə peşə qazanmasını istəyir?

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən “Ayna” qəzetinin baş redaktoru Elçin Şıxlı bildirib ki, heç bir normal valideyn elit görünməyə çalışmaz: Dominos pizza

“Uşaqların dərnəyə həvəssiz getməsi düzdür, amma onlar kiçik yaşda hələ heç nə anlamır. Onlar düşünür ki, nə istədiklərini özləri bilirlər, ancaq işin xeyirlərə olduğundan əslində bixəbərdilər. Ona görə də, uşağa musiqi savadı vermək, yaxud hansısa rəsm məktəbinə yazdırmaq ən azı incəsənətin nə olduğunu qavradır. 

Rəsm elə bir şeydir ki, qabiliyyətin yoxdursa, səni qəbul etməyəcəklər, əgər uşaqda cüzi bir qabiliyyət varsa, əksinə. Məsələn, özüm ömür boyu bir düz xətti belə çəkə bilməmişəm. Məni öldürsəydilər, rəsm məktəbi məni qəbul etməzdi.

Düşünürəm ki, normal valideyn özünü başqalarının gözünə soxmaqdan ötürü uşağını hansısa məktəbə qoymaz. Uşaqlar hələ kiçik yaşdadılarsa, hələ xeyir nədir, şər nədir ağılları kəsmir. Ümumiyyətlə, uşağın küçədə olmağındansa, nə iləsə məşğul olmaları daha yaxşıdır”.

Ayzel


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!