Məşhur italiyalı aktyor Karlo Delle Pyane 83 yaşında vəfat edib.
"Yeni Sabah" xarici mətbuata istinadla xəbər verir ki, aktyor Romada həyata gözlərini yumub.
Qeyd edək ki, Karlo Delle Pyane "Tələbə yürüşü" filmində ("Una gita scolastica", 1983-cü il) yaratdığı uğurlu rola görə "Qızıl qlobus" mükafatı və Venesiya kino festivalının Pazinetti mükafatı laureatı olub. O, həmçinin "Milad hədiyyəsi" filmindəki ("Regalo di Natale", 1986-cı il) roluna görə "Gümüş aslan" mükafatına layiq görülüb. pizza
Telegram kanalımız