Məşhur alimdən qorxunc iddia: “Bakıda zəlzələnin olması labüddür”

saytların hazırlanması

Evə çatdırılma

Məşhur alimdən qorxunc iddia: “Bakıda zəlzələnin olması labüddür”

Sosial

05 İyul 2024 16:05 1880


“Bakı seysmik zonada yerləşir. Bu baxımdan zəlzələnin olması labüddür”.

Bu fikirləri Musavat.com-a AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bildirib. 

O qeyd edib ki, zəlzələ olsa da, qorxulu vəziyyət gözlənilmir: 

“Güclü zəlzələ olma ehtimalı yoxdur. Zəlzələ olsa da, güclü dağıntı yarada bilməz. Maksimum 5 ballıq zəlzələ ola bilər. Bunun dəqiq nə zaman baş verəcəyini demək isə mümkün deyil. Son zamanlar baş verən zəlzələlər çox güclü deyil. Seysmik stansiyalar 4 bala qədər olan zəlzələləri qeyd edir. Odur ki, narahatlığa ehtiyac yoxdur”. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!