Məşhur aparıcı illər sonra efirə qayıtdı

saytların hazırlanması

Evə çatdırılma

Məşhur aparıcı illər sonra efirə qayıtdı

Şou

03 Sentyabr 2019 20:49 2097


Azərbaycan Dövlət Televiziyasının (AzTV) unudulmaz simalarından olan, məşhur “Ailələr, talelər” verilişinin müəllifi, əməkdar artist Nailə İslamzadə yenidən efirə qayıdıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə aparıcı Alidə Mustafayeva sosial şəbəkədə yazıb.

Aparıcı qeyd edib ki, Nailə İslamzadə yeni mövsümdən İctimai Televiziyanın (İTV) efirində olacaq: “Onu bu gün qrim otağımızda gördüm. Qrim ustamızdan soruşdum ki, bizə təzə qız gəlib? Birdən mənə çatdı ki, bu odur. Gözəl və hətta çox gözəl Nailə İslamzadə. Xoş gəlmisiniz! Sizinlə eyni kanalda çalışacağımıza çox sevindim”. pizza mizza

Qeyd edək ki, Nailə İslamzadə AzTV-də 25 illik fəaliyyətindən sonra efirdən uzaqlaşaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Multimedia Mərkəzinin rəisi vəzifəsində çalışıb. O eyni zamanda, Türkiyənin TRT AVAZ kanalında yayınlanan "İş'te kadın" proqramının aparıcısı olub.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!