COVİD-19 pandemiyasının məişət zorakılığı hallarının artmasına təsiri barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Yayılan məlumatda Komitə evdə oturan kişilərə çağırış edib, onları ev işlərində kömək etməyə səsləyib. Bəs görəsən karantin müddətində evdə oturan kişi məşhurlarımız bu müddətdə ev işlərində xanımlarına yardım edirlərmi?
Yenisabah.az-a danışan caz ustası, Xalq artisti Cavan Zeynallı vacib olmadıqca evdən çıxmadığını, mümkün qədər ev işlərində həyat yoldaşına yardım etdiyini bildirib: “Səhhətim yüksək səviyyədədir. Özümü çox yaxşı hiss edirəm, çünki gimnastika ilə məşğul oluram, böyük həyətimiz var, havaya çıxıb gəzirəm. Çalışıram vacib işim olmadıqca evdən çıxmayım, çıxsam da yaxın məsafəli yerlərə – aptekə, marketə gedirəm, onlar da evimizin yanındadır. Karantin rejiminə yavaş-yavaş öyrəşirik. Evə gələn, həmçinin bizim getdiyimiz qonaqlıqları dayandırmışıq. Çünki xəbərdarlıq olunub ki, bu aralar heç kimi evə çağırmayın. Evdə oturmalıyıq ki, virus yayılmasın. Bəlkə aprelin 20-dən sonra çıxmaq olacaq. Gözləyək görək, nə olur. Dövlət başçımız nə desə, onu edəcəyik. Karantin müddətində bacardığım qədər həyat yoldaşıma kömək etməyə çalışıram”.
Sənətçinin dediklərini həyat yoldaşı Röya xanım da təsdiqləyib. O, C.Zeynallının ona kömək etmək istəməsinə baxmayaraq, buna icazə vermədiyini deyib: “Cavan mənə hər zaman kömək etməyə çalışır, amma mən kişiləri mətbəxdə görməyi sevmirəm. Onsuz da yarıtmır (gülür). O mənim ürəyim istəyən kimi etməz axı işləri. Ona görə də mən işləri özüm görürəm, onu çağırıram ki, “yeməyə gəl”. İş gördüyüm müddətdə ona deyirəm ki, sən dincəl, televizora, kompyuterə bax. Bizdə elə problem yoxdur. O, bizim üçün çalır, ifa edir. Bilirsiniz, karantində olsaq da darıxmırıq, evdə birlikdə çox maraqlı vaxt keçiririk. Şükürlər olsun, heç bir şikayətimiz yoxdur”. Sezar pizza
Əsmətxanım
Telegram kanalımız