Messi hamını geridə qoydu – Dünya Çempionatında FƏRQ

saytların hazırlanması

Evə çatdırılma

Messi hamını geridə qoydu – Dünya Çempionatında FƏRQ

İdman

28 İyun 2026 10:12 112


Lionel Messi Dünya Çempionatının qrup mərhələsini ən çox qol vuran futbolçu kimi başa vurub.

“Yeni Sabah” xəbər verir ki, Argentina millisinin kapitanı qrup oyunlarında ümumilikdə altı dəfə rəqib qapılarına yol taparaq bombardirlər siyahısının zirvəsinə yüksəlib.

Messinin ən yaxın izləyiciləri sırasında Kylian Mbappé, Ousmane Dembélé, Vinícius Júnior və Erling Haaland yer alır. Adıçəkilən futbolçuların hərəsinin hesabında dörd qol var. Dominos pizza

Argentina millisinin lideri Əlcəzairlə görüşdə het-trikə imza atıb, Avstriya ilə qarşılaşmada iki qol vurub, İordaniya ilə oyunda isə bir dəfə fərqlənib.

Qeyd edək ki, Argentina millisi qrup mərhələsinin son turunda İordaniyanı 3:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!