Mətanət “Xəzər TV”dən getdi

saytların hazırlanması

Evə çatdırılma

Mətanət “Xəzər TV”dən getdi

Şou

11 Avqust 2022 18:17 15605


Aparıcı Mətanət Əliverdiyeva “Xəzər TV”də yayımlanan “Gəzək, bişirək” verilişindən ayrılıb. Onu rəqqasə Fatimə Fətəliyeva əvəzləyəcək.

Yenisabah.az xəbər verir ki, bu haqda M.Əliverdiyeva məlumat verib:

“Bu, prodakşn verilişi idi. Başqa işlərim olduğu üçün layihədən ayrıldım. Həm də düşünürəm ki, bütün rayonlarımızı, kəndlərimizi gəzdim, məncə artıq yetər. Fatiməyə də uğurlar arzulayıram”. pizza mizza

Qeyd edək ki, M.Əliverdiyeva ATV kanalından ayrıldıqdan sonra “Space”də işə başlamışdı. Orada cəmi bir ay çalışan aparıcı sonradan MTV-nin efirində yayımlanan “6/8 axşam şousu” adlı verilişə aparıcılıq edirdi./Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!