Mətanətdən Manaf və Cavanşirə sərt sözlər:   “Ayıb olsun!“

saytların hazırlanması

Evə çatdırılma

Mətanətdən Manaf və Cavanşirə sərt sözlər: “Ayıb olsun!“

Şou

15 İyun 2021 12:16 1239


"Verilişlərdə müğənnilər gəlib deyir ki, jurnalistlər bizim dostumuz deyil. Allah eləməsin, onlardan bizə dost olar? Hələ görün biz sizi sıramıza qəbul edirikmi".

Yenisabah.az xəbər verir ki, bu sözləri aparıcı Mətanət Əliverdiyeva "6/8 axşam şousu"nda deyib. O, "Həmin Zaur" verilişində müğənni Manaf Ağayev və Əməkdar artist Cavanşir Məmmədovun jurnalistləri tənqid etməsinə cavab verib. Əliverdiyeva Manaf və Cavanşirin "Jurnalistdən dost olar? Biri yaxşı nəsə yazır?" sözlərinə əsəbləşdiyini söyləyib:

"İkincisi, heç olmasa, bu yaxınlarda Kəlbəcərdə dünyasını dəyişən jurnalistlərə hörmət edin. Əgər siz kimlərləsə rastlaşmısınızsa, özünüz kimi qeyri-peşəkar müğənnilərdir, jurnalistlərdir. Bu da hər sahədə var. Ayıb olsun, jurnalistləri təhqir etməyin, onlar canlarını qoyan insanlar olub. Dünyasını dəyişənlərə Allah rəhmət etsin. heç vaxt özünüzü fikirləşib, qarşınızdakını təhqir etməyin. Aparıcılardan xahiş edirəm, siz də bir jurnalistsiniz. Qarşınızdakına sual verəndə, cavab verməyə aciq qalmayın". pizza hut

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!