Meyxana kimi maraqlı janrımız var. Musiqimiz kimi indi onun da vayına oturublar, sağ olsunlar. Amma o demək deyil ki, biz musiqimizdən də, meyxanadan da əl çəkməliyik, imtina etməliyik, rədd etməliyik”.
“Yeni Sabah”ın məlumatına görə, bunu tanınmış jurnalist İradə İsak deyib. O bildirib ki, meyxanadan imtina etmək dəlilikdir:
“Narkotik var içində? Var, ola bilsin. Amma Amerika içi narkotik dolu repi dünyaya sevdirdi. Bu gün mənim, sizin oğlunuz, qızınız da rep sevir. Və bu onların tərbiyəsini pozmur. Meyxana kimi istedad fışqıran janrdan imtina etmək dəlilikdir. İki doğru addımla Rusiyanı fəth edib, Putinə qədər gedib çıxmışdı bu janr. Biz nə etdik? Yenə səhv addım, qayıtdıq kəndimizə. Deməyim o ki, dünya zibili belə təkrar istehsala qaytarıb ondan möhtəşəm əşyalar yaradarkən biz qızılımızı zibilə çeviririk. Halbuki bununla dünyanı fəth edə bilərik. Repi ötə bilərik. Dövlətcə, hamımız bunu düşünməli ikən. Nə deyirik? Rədd edək, qovaq, bağlayaq”. Sezar pizza
Jurnalist qeyd edib ki, söylənənlərin əksinə bu janrı inkişaf etdirmək lazımdır:
“Kreativlik qataq bəlkə. Bir az inkişaf etdirək bəlkə? Bu qeyri-adi janrı dünyanın musiqisinə çevirək bəlkə? Bu variantlar ağlınıza gəlmir heç? Vaqif Mutsfazadə olsaydı, bu işi görmüşdü əminəm. O özünü Vaqifə oxşadıb bığ-saqqal uzadanlara da deyin, düşün o kətildən elə Vaqif olunmur əzbərçi qafa ilə. Gəlin görün xalqın folklorunu o kətilə qaldıra bilərsinizmi? Reklamdan keçib artıq. İş vaxtıdır!”.
Telegram kanalımız