Meyxana müsabiqəsində münsif olan şair – “Meyxana sənət deyil”

saytların hazırlanması

Evə çatdırılma

Meyxana müsabiqəsində münsif olan şair – “Meyxana sənət deyil”

Şou

04 Aprel 2019 22:24 1279


“Meyxanaçılardan deyil, televiziya rəhbərlərindən izahat alınmalıdır ki, meyxanalara bir daha yer verilməsin, olmaz. Yüksək ali tribunadan kiçik dar çərçivə üçün nəzərdə tutulmuş meyxananın ekranlara çıxarılması yolverilməzdir”.

Bu sözlər əməkdar incəsənət xadimi, şair Baba Vəziroğluya aiddir. Səsləndirilən fikirlərə baxmayaraq nəğməkar şair vaxtikən ATV-də “Sözüm var” və Lider TV-də yayımlanan “Sözün kəsəri” meyxana yarışlarında münsif kimi iştirak edib.

Yaranan ziddiyyəti aradan qaldırmaq üçün “Yeni Sabah” şairlə əlaqə saxlayıb. B.Vəziroğlu saytımıza açıqlamasında həmin müsabiqələrlə meyxananın bədnam adını təmizə çıxarmağa cəhd etdiklərini deyib: Marqarita pizza

“Həmin müsabiqələrin məqsədi meyxananın narkotikdən, spirtli içkilərdən asılı olmadığını göstərmək idi. Meyxananı jarqonlardan və küçə söyüşlərindən istifadə etmədən də demək mümkündür. Bunu ictimaiyyətə nümayiş etdirmək istədik.  Əgər baxsaq, hazırda bir neçə mədəni meyxana deyənlərin həmin müsabiqədən çıxdığını da görərik. Düzdü, müsabiqə efirdə yayımlanırdı. Amma mənim dediyim efirin müsabiqələrə adiyyatı yoxdur. Müsabiqə ən yaxşıları seçmək üçündür.”

B.Vəziroğlu “meyxananı sənət hesab edirsinizmi” sualına bir mənalı olaraq yox dedi: “Meyxana sənət deyil”.

Əcəmi Əsədulla


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!