“Microsoft” Azərbaycanda “kibertəhlükəsizlik həftəsi” keçirir

saytların hazırlanması

Evə çatdırılma

“Microsoft” Azərbaycanda “kibertəhlükəsizlik həftəsi” keçirir

Rəqəmsal

11 Mart 2019 21:52 1160


“Microsoft” şirkətinin dəstəyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bu gün Bakıda Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” öz işinə başlayıb.

“Yeni Sabah” xəbər verir ki, kibertəhlükəsizlik sahəsində səmərəliliyinin və maarifləndirmə səviyyəsinin artırılması, texniki hazırlığın yüksəldilməsi məqsədi ilə keçirilən həftə 11 – 15 mart 2019-cu il tarixlərinə planlaşdırılıb. 

Kibertəhlükəsizlik həftəsinin ilk tədbiri “Microsoft” şirkətinin sahənin mütəxəssisləri və istehlakçıları üçün keçirdiyi seminarla başlayıb. Seminarın açılışında iştirakçıları salamlayan “Microsoft Azerbaijan” şirkətinin rəhbəri Sərxan Həşimov qeyd edib ki, artıq Azərbaycana kiber hücumların sayı artıb və ölkə inkişaf etdikcə xakerlərin marağı da artır.  pizza sifarişi

“Ümid edirəm ki, bunu nəzərə alaraq, dövlət və özəl sektorların əməkdaşlığı nəticəsində kiber hücumlardan qorunmaq üçün birgə fəaliyyət, o cümlədən daha mükəmməl qanunvericilik bazası hazırlamaq mümkün olacaq”, - Sərxan Həşimov deyib. 

 

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “Kibertəhlükəsizlik həlləri üzrə Seminar”, “Regional İnternet İdarəçilik Forumu”, “Uşaqların İnternetdə Təhlükəsizliyi”, “Hackaton” müsabiqəsi, “Dayanıqlı və Təhlükəsiz Bulud Mühiti”, “İSO 27001” üzrə “Sertifikatlaşdırma”, “Azərbaycan Respublikasında CERT xidməti” respublika elmi-praktiki seminar və bu kimi mövzularda tədbirlər təşkil ediləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramı ilə birgə “Kibertəhlükəsizlik: bizim ortaq məsuliyyətimiz” mövzusunda VI Regional İnternet İdarəçilik Forumu (RİİF) keçiriləcək. Microsoft şirkətini Forumda Mərkəzi və Şərgi Avropa ölkələrinin Proqram Aktivlərinin İdarəetməsi və Uyğunluq üzrə Regional Direktor Laurent Signoret təmsil edəcək.

Forum yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlıq qurması, bu sahədə mövcud vəziyyətin, qarşıya qoyulmuş vəzifələrin, müvafiq xarici strukturlara inteqrasiya məsələlərinin birgə müzakirəsi və maraqlı innovativ layihələr nümayiş edilib. Foruma təkcə ölkəmizin deyil, eyni zamanda, region ölkələri və nüfuzlu beynəlxalq təşkilatların da nümayəndələri də iştirak edib.

14 martda “Microsoft Azərbaycan”, “Təhsil Nazirliyi” və “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” tərəfindən “Uşaqların İnternetdə Təhlükəsizliyi” seminarı keçiriləcək.

Məktəblilər, valideynlər və müəllimlərə uşaqların internetdə təhlükəsizliyini təmin etmə üsulları və vasitələri barədə məlumat veriləcək. Sonuncu və önəmli tədbir “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi” , “Dövlət Təhlükəsizlik Xidməti” və “Elmlər Akademiyası” tərəfindən AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycan Respublikasında CERT xidmətləri: kibertəhlükələr və onlardan mühafizə üsulları” respublika elmi-praktiki seminarı keçiriləcək. Microsoft şirkətini Seminarda Azərbaycan üzrə Baş Direktor Sərxan Həşimov təmsil edəcək. Seminarda ölkədə fəaliyyət göstərən “CERT” xidmətlərinin nailiyyətləri, gələcək vəzifələri, insidentlərlə bağlı aidiyyəti qurumlar arasında informasiya mübadiləsi, beynəlxalq əməkdaşlıq perspektivləri, müvafiq xarici strukturlara inteqrasiya məsələləri ilə bağlı müzakirələr aparılacaq.

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!