Mikayıl Güləddinoğlu ilə Space arasında nə baş verir?  - AÇIQLAMA
07 Apr 2021 16:25
485

Mikayıl Güləddinoğlu ilə Space arasında nə baş verir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Teleaparıcı Mikayıl Güləddinoğlunun yeni işə başlayır.

Space telekanalı ilə yollarını ayıran aparıcı "Dünya TV"-də veriliş aparacaq.

Onun Space telekanalının rəhbərliyinin dəyişməsindən sonra kanaldan ayrılması söz-söhbətə səbəb olub. Bəziləri aparıcının rəhbərliklə problemləri olduğunu iddia ediblər.

Aparıcının köməkçisi Elvin Kərimov Yenisabah.az-a açıqlamasında gəzən söz-söhbətlərin şayiə olduğunu deyib:

“Artıq “Dünya TV”-də yeni verilişə başlayırıq. Həftədə iki dəfə yayımlanacaq. İkinci və dördüncü günlər saat 7-dən 9-a qədər davam edəcək. Formatı musiqili və əyləncəli şou verilişi olacaq. Space TV ilə Mikayıl müəllim arasında heç bir qalmaqal yaşanmayıb, yazılanlar doğru deyil, belə bir şey baş verməyib, hər şey öz qaydasındadı. Sadəcə başqa kanaldan təklif gəlib, biz də dəyərləndirib getmişik”.

Qeyd edək ki, yeni proqramın adı "Gəldim eyy, gəldim"dir. 

Əsmətxanım

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər