Millət vəkili qəza törədib? - “Porşe” qəzası ilə bağlı ilginc faktlar

saytların hazırlanması

Evə çatdırılma

Millət vəkili qəza törədib? - “Porşe” qəzası ilə bağlı ilginc faktlar

Siyasət

20 Fevral 2019 15:12 2124


Fevralın 15-də Bakı şəhərinin Xəzər rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

“Yeni Sabah”ın məlumatına görə AFN-ə bu barədə xəbər verən mənbə iddia edir ki, ölümlə nəticələnən qəzada “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında deputat Cavanşir Feyziyev olub: “Deputatın sürücüsü 1984-cü il təvəllüdlü Abbasov Fərdi Həsənağa oğlunu prosesə sonradan cəlb ediblər. Mətbuatda da hadisə və avtomobilin əsl sahibi haqda düzgün olmayan məlumatlar yayılıb. Guya avtomobil “Avromed” MMC-yə məxsusdur, Abbasov Fərid Həsənağa oğlu da həmin şirkətin sürücüsüdür”.

Xatırladaq ki, qeyd edilən qəza Xəzər rayonu Qala qəsəbəsi ərazisində baş verib. Belə ki, “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan istiqamətində hərəkət edərkən 40-45 yaşlı qadını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın “Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib. Dominos pizza

İlkin araşdırmalar zamanı ölən qadının 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızı olması müəyyənləşdirilib. Hadisə ilə bağlı mediada yayılan məlumatda bildirilir ki, qəzanı törədən Abbasov Fərdi Həsənağa oğlu “Avromed” MMC-də çalışır və avtomobil də həmin şirkətin adına qeydiyyatdadır. “Qadını vuran “Porsche Cayenne GTS” markalı avtomobilin üzərindəki 90 FC 111 dövlət qeydiyyat nişanının müxtəlif vaxtlarda başqa avtomobillərin də üzərinə taxıldığı məlum olub” – deyə yayılmış məlumatlarda bildirilir. Lakin araşdırma zamanı məlum olub ki, avtomobil Feyziyev Cavanşir Əyyub oğlunun adınadır və qeydiyyat zamanı sistemə 0554441133 saylı telefon nömrəsi daxil edilib. Həmin nömrəyə edilən zəngə cavab verən şəxs mövzu ilə bağlı sualları dinləsə də, bildirib ki, telefon başqasınındır və hazırda sahibi yanında deyil: “Özü gəlsin deyərəm sizinlə əlaqə saxlasın”.

Eləcə də Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinə və Daxili İşlər Nazirliyinə edilən müraciətlərə dəqiq cavab verilməyib. BŞBDYPİ-dən istintaq getdiyi, əlavə məlumatları DİN-dən alına biləcəyi deyilsə də, nazirliyin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə məsələyə aydınlıq gətirməkdən boyun qaçırıb: “İstintaq materialları haqda məlumatı ancaq ki, müstəntiqdən ala bilərsiniz”. Xəzər Rayon Polis İdarəsindən telefona cavab verən şəxs isə ümumiyyətlə belə bir hadisənin baş verməsindən xəbərsiz olduqlarını bildirib.

Araşdırma zamanı o da məlum oldu ki, “Porsche Cayenne GTS” 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması üçün qəza zamanı sükan arxasında olduğu deyilən Abbasov Fərdi Həsənağa oğlunun adına heç bir etibarnamə yoxdur və olmayıb.

***

Milli Məclisin deputatı Cavanşir Feyziyev adı hallandırılan qəza ilə bağlı danışıb. Modern.az açıqlamasında deputat sürücüsünün qəza törətdiyi bildirib. Bu ayın 12-dən Avropada rəsmi səfərdə olduğunu deyən deputat bildirib ki, hazırda Xocalı Soyqırımının 27-ci ildönümü ilə bağlı Belçikada və Böyük Britaniyada keçirilən tədbirlərdə iştirak edir. "Baş verən qəza barədə bu gün mətbuatdan məlumat almışam. Təəssüf edirəm ki, ölkəmizdə də avtomobil qəzaları demək olar ki, hər gün baş verir. Mən avtomobil qəzalarında həlak olan bütün vətəndaşlarımızın ailələrinə dərin hüznlə başsağlığı verərərək, onlara Allahdan səbr diləyirəm. 

Kimliyindən asılı olmayaraq hər bir şəxs baş vermiş hadisə ilə bağlı günahın dərəcəsinə və nəticələrinə müvafiq şəkildə qanun qarşısında cavabdehdir.

Yəqin ki, bu qəzanın da istintaqı aparılır və əminəm ki, hadisədə təqsiri olanlar qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılacaqlar",- deyə C.Feyziyev bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!