“Millət vəkilləri təsdiq ediblər ki, onlar vəzifələrini icra edə bilmirlər”

saytların hazırlanması

Evə çatdırılma

“Millət vəkilləri təsdiq ediblər ki, onlar vəzifələrini icra edə bilmirlər”

Siyasət

09 Dekabr 2019 12:27 1068


“Maraqlıdır ki, Konstitusiya Məhkəməsi məhz deputatların “vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə” müddəasını əsas tutaraq Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Prezidentin müraciətinə müsbət rəy verib”.

“Yeni Sabah” xəbər verir ki, bunu tanınmış ekspert, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib. O, sözlərinə belə davam edib:

“Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu “aradan qaldırıla bilməyən səbəblər” dedikdə, parlamentin mövcud tərkibdə vəzifələrinin icra edilməsini qeyri-mümkün edən səbəblər başa düşüldüyünü bildirib. Yəni, anlaşıqlı formada bu o deməkdir ki, deputatların əksəriyyəti öz razılıqları ilə, yazılı olaraq, həm də səsverməklə təsdiq ediblər ki, onlar vəzifələrini icra edə bilmirlər. Konstitusiya Məhkəməsi də məhz bu faktı nəzərə alaraq müsbət rəy verib. Dördpendirli pizza

Belə olan halda maraqlı sual ortaya çıxır ki, köhnə deputatların yenidən namizədlik irəli sürməsi və seçilməsi nə dərəcədə konstitusiyaya uyğundur?”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!