Milli Məclisdə Elmar Məmmədyarova görə fikir ayrılığı: “Mədəniyyətimizi gözləməliyik“

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisdə Elmar Məmmədyarova görə fikir ayrılığı: “Mədəniyyətimizi gözləməliyik“

Siyasət

24 Aprel 2020 18:06 1097


“Xarici İşlər nazirinin ehtiyatlı fikirlərini tənqid edənlərdən biri mənəm. İllərdir ki, biz bu məsələni Milli Məclisdə müzakirə etmişik”.

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O bildirib ki, Azərbaycanın Xarici İşlər naziri ilə Ermənistanın xarici işlər nazirini müqayisə etmək mümkün deyil: “Bizim Xarici İşlər naziri fikirlərini yumşaq ifadə edir, halbuki o, fikirlərini sərt şəkildə ifadə etməlidir. O daha radikal çıxışları ilə Ermənistan xarici işlər nazirini yerində oturtmalıdır. Dağlıq Qarabağ problemi hər birimizin bir nömrəli problemidir”. pizza sifarişi

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə Xarici İşlər naziri Elmar Məmmədyarovu tənqid edən deputatlara irad bildirib. H.Hüseynova deyib ki, Xarici İşlər naziri özbaşına çıxış etmir. 

“Xarici İşlər naziri dövlətin mövqeyini ortaya qoyur. Mədəniyyətimizi gözləməliyik”,-deyə deputat əlavə edib.

H.Hüseynovanın sözlərinə görə, bəzi deputatlar özlərini elə göstərirlər ki, guya Qarabağ dərdinə ancaq bunların ürəyi yanır.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!