Milli Məclisdə mübahisə düşdü: “Az danışsınlar“

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisdə mübahisə düşdü: “Az danışsınlar“

Siyasət

01 May 2020 18:29 1261


Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev müzakirələrin üç saat fasiləsiz davam etməsinə etirazını bildirib.

Yenisabah.az xəbər verir ki, Q.Həsənquliyev deyib ki, müzakirələr 1,5 saat davam etdikdən sonra qəhvə, çay fasiləsi verilməlidir. 

Onun fikrincə, iclasın gündəliyinə az məsələ salınmalıdır ki, çox davam etməsin. Sezar pizza

Parlamentin sədri Sahibə Qafarova cavab olaraq qeyd edib ki, koronavirus pandemiyası ilə əlaqədar gündəliyə çox məsələ salınır. 

Bu zaman deputat İmamverdi İsmayılov yerdən “deputatlar az danışsınlar” deyə replika atıb. Spiker Sahibə Qafarova isə bildirib: “Necə danışmasınlar? Vacib məsələlərdir. Hamımız deputatıq, danışmaq istəyirik”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!