Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Küveyt seçməsi ilə növbəti yoldaşlıq oyununu keçirib.
Yenisabah.az xəbər verir ki, Bakı “Su İdman Sarayı”nın ərazisindəki meydançada baş tutan oyun Azərbaycan yığmasının 6:2 hesablı qələbəsi ilə başa çatıb.
Millinin heyətində Orxan Məmmədov (2), Amid Nəzərov (2), Fuad Hüseynov və Ruslan Voronsov fərqlənib. pizza mizza
Qeyd edək ki, bu komandalar arasında sonuncu oyun mayın 11-də olacaq.
Telegram kanalımız