Millimizin futbolçusu həbs oluna bilər

saytların hazırlanması

Evə çatdırılma

Millimizin futbolçusu həbs oluna bilər

İdman

14 Oktyabr 2020 16:04 1022


Azərbaycan millisinin və İspaniyanın “Albasete” klubunun futbolçusu Eddi İsrafilov məhkəmə qarşısına çıxıb.

Yenisabah.az Apasport.az-a istinadla xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 2016-cı ildə “Eybar”ın heyətində yer alanda komanda yoldaşı olan Serxio Enriç və Antonio Lunanın bir xanımla cinsi əlaqə videosunu yaymaqda ittiham olunduğu üçün ifadə verir.

San-Sebastyandakı 3 saylı Cinayət Məhkəməsi hazırda davam edir və adıçəkilən şəxslər dindirilir. Videogörüntünün kütləvi yayımında təqsirləndirilən İsrafilovun günahı sübuta yetirilərsə, 1 ildən 3 ilədək azadlıqdan məhrum oluna bilər. Dominos pizza

Qeyd edək ki, Eddi İsrafilov 2015-ci ildən Azərbaycan millisinin formasını geyinir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!