Bu ilin mart ayında ailə qurduğunu deyərək sosial şəbəkələrdən uzaqlaşan müğənni Mina Hüseyn geri dönüb.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkəyə geri qayıdan ifaçı heç vaxt üzünü göstərmədiyi həyat yoldaşı ilə görüntülərini paylaşıb. O, paylaşımında da ərinin üzünün bir hissəsini gizlədib.
Son paylaşımlarından Türkiyədə olduğu bilinən Minanın geyimi də diqqət çəkib. Belə ki, tez-tez açıq-saçıq geyimləri ilə gündəmə gələn müğənni bu dəfə qapalı geyimdə olub. Sezar pizza
Xatırladaq ki, Mina ailə qurduqdan sonra bütün açıq-saçıq şəkillərini sosial şəbəkə hesablarından silmişdi.
Telegram kanalımız