Mişel: Avropa iqtisadiyyatını hərbi relsə keçirməlidir

saytların hazırlanması

Evə çatdırılma

Mişel: Avropa iqtisadiyyatını hərbi relsə keçirməlidir

Dünya

19 Mart 2024 14:47 546


Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Aİ öz iqtisadiyyatını müharibə relsinə salmalı və Kiyevin qələbəsini təmin etmək üçün əlindən gələni etməlidir.

Yenisabah.az xəbər verir ki, bu, Avropa liderlərinin Brüsseldə keçiriləcək növbəti sammiti ərəfəsində Şarl Mişel Avropa qəzetlərində və Euractiv internet saytında dərc olunan “Sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq” başlıqlı köşə yazısında qeyd olunur.

O, Rusiyanın işğalı başlayandan az sonra Ukrayna prezidenti ilə apardığı telefon danışığını xatırladıb. Dördpendirli pizza

“Volodimir Zelenskinin telefonda kədərli sözlərini eşidəndə (“Üstümüzə bombalar yağır, bu, genişmiqyaslı işğaldır”) anladım ki, o an İkinci Dünya müharibəsindən sonra mövcud olan bütün təhlükəsizlik sistemi həmişəlik dəyişib. Avropa İttifaqı bununla birlikdə sürətlə dəyişməlidir”.

Onun sözlərinə görə, Kreml Moldovada, Gürcüstanda, Cənubi Qafqazda, Qərbi Balkanlarda və hətta Afrika ölkələrində vəziyyətin sabitliyini pozmaqda davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!