MKİ rəhbəri: “Putinin sözlərini ciddiyə almalıyıq“

saytların hazırlanması

Evə çatdırılma

MKİ rəhbəri: “Putinin sözlərini ciddiyə almalıyıq“

Dünya

28 Sentyabr 2022 15:41 957


"Putinin nüvə silahından istifadə təhlükəsi ciddi qəbul edilməli və buna hazır olmalıyıq".

Yenisabah.az "CBS News"a istinadla xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns bildirib.

O deyib: “Hazırda Putinin blef edib-etmədiyini söyləmək həqiqətən çətindir, lakin ABŞ kəşfiyyatı Putinin nüvə silahından istifadə etməyə yaxın olduğuna dair konkret dəlil görməyib”. pizza mizza

Börn əlavə edib: "İstənilən halda biz bu təhlükəni ciddi qəbul etməli və nüvə hücumuna hazırlıq görməliyik".

MKİ rəhbərinin fikrincə, Putinin 300 min ehtiyat qüvvəni səfərbər edə bilsə belə, adekvat təlim keçməyən, lazımi avadanlıq və maddi-texniki təminatı olmayan onları “top yemi” kimi cəbhə xəttinə göndərə bilməz. Putin ordusunun çoxlu problemləri var, canlı qüvvəsi onlardan yalnız biridir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!