NATO Moldovaya hava hücumundan müdafiə sistemləri əldə etməyə kömək edəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə alyansın baş katibinin müavini Mirça Coana Rumıniya televiziyasının efirində bildirib.
O deyib: "Moldova hazırda böyük təzyiq altındadır, onun dəstəyimizə - Aİ və NATO-nunehtiyacı var. Moldova NATO və Aİ-nin ortaq tərəfdaşıdır. Düşünürəm ki, biz birlikdə çox maraqlı şeylər təklif edə bilərik". Pepperoni pizza
Coana xatırladıb ki, Moldova prezidenti Maya Sandu ölkəsinə hava hücumundan müdafiəni gücləndirmək üçün dəfələrlə kömək istəyib.
"İnanıram ki, NATO müttəfiqləri Moldova Respublikasına hava hücumundan müdafiə sistemləri əldə etmək səylərində kömək etməyə hazırdırlar. NATO müttəfiqləri və Aİ üzvləri Moldovanın köməyinə həssasdırlar", - deyə NATO baş katibinin müavini deyib.
Bir gün əvvəl Sandu bildirib ki, Kişinyov hava hücumundan müdafiə sistemlərinin alınmasında Qərbdən yardım istəyib.
Telegram kanalımız