Apreldə Moldovaya verilən Rusiya qazı mart ayına nisbətən 339 dollar ucuz olacaq.
Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bu barədə “Moldovaqaz” şirkətinin rəhbəri Vadim Çeban məlumat verib.
O, “Telegram” kanalında yazıb: “Aprel ayında “Gazprom” ictimai səhmdar cəmiyyəti tərəfindən Moldova Respublikasına verilən təbii qazın alış qiyməti istilik qabiliyyəti nəzərə alınmaqla min kubmetr üçün 673 dollar təşkil edəcək”. pizza
Xatırladaq ki, martda Moldova qazın min kubmetrini 1011,73 dollara, fevralda isə 1.054 dollara alıb. Ölkə 1 ildən artıqdır ki, enerji böhranı yaşayır ki, bu da qaz qıtlığı və enerji resurslarının qiymətinin kəskin artması ilə bağlıdır.
Telegram kanalımız