18 Avqust - 05:54
Moskvada anomal istilər - Narıncı səviyyə elan olundu

Moskvada anomal istilər - Narıncı səviyyə elan olundu

Dünya

06 Avqust 2022 08:33 518


Moskvada anomal istilərə görə narıncı rejim elan olunub.

Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, artıq dördüncü gündür ki, hava təhlükəsinin bu səviyyəsi açıqlanıb.

Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib ki, Moskva Şənbə günü isti yay havasının pik nöqtəsini keçəcək. Onun sözlərinə görə, paytaxt rayonunda çox isti gün - 32, rayonda 33 dərəcəyədək isti gözlənilir.

Vilfand Bazar gününü “çox çətin gün” adlandırıb.

Şəhərin mərkəzində havanın temperaturu 32 dərəcəyə yaxınlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!