Buzovna tərəfdəki çimərlikdə 2 nəfər batıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə bloger Saleh Nəsirov "Instagram" hesabında paylaşım edib.
O bildirib ki, qayalıq ərazidə 2 qız, 2 oğlan olmaqla, 4 nəfər batma təhlükəsi ilə üzləşib. Onlardan 11 və 22 yaşlı oğlanların həyatını xilas etmək mümkün olmayıb. Qızlar sahilə çıxarılıb. Boğulan oğlanlar xalaoğlu olublar. Onlar Moskvadan Bakıya toya gəliblərmiş. pizza mizza
Telegram kanalımız