Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Mövzu tapmayan jurnalist deyil” – Elçin Şıxlı 
17 Noy 2021 15:13
1833

“Mövzu tapmayan jurnalist deyil” – Elçin Şıxlı 

Jurnalistlər arasında populyar bir ifadə var: “Yazmağa mövzu yoxdur”. Doğrudanmı Azərbaycanda mövzu qıtlığı var, yoxsa məhdudiyyətlər mövzu çevrəsini daraldır?

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən “Ayna” qəzetinin baş redaktoru Elçin Şıxlı bildirib ki, bu, tamamilə jurnalistin özündən asılıdır.

O qeyd edib ki, əli qələm tutmayan özünə jurnalist deməsin:

“Mövzu tapmayan jurnalist deyil, mövzu tapmayan adam gərək bu peşədən getsin. Deməli, bu peşə onluq deyil. 

Söhbət məhdudiyyətlərdən getdikdə, bu hər peşədə var. Bu o demək deyil ki, məhdudiyyət var çəkil dur qıraqda. Jurnalist jurnalistdirsə, o məhdudiyyətləri aşmağa yol tapacaqdır. Bu da onun peşəkarlığını göstərəcəkdir. Jurnalist ideya mənbəyi olmalıdır. Mövzu onda tükənməmlidir. Yazdığı mövzudan 100% xəbərdar olmalıdır. Gündəmi izləməli, olanlardan ilk onun xəbəri olmalıdır. Xalqın xəbərçisi də öz işini düzgün etməsə daha nə oldu ki?

Mən düşünmürəm ki, hansısa məhdudiyyət tətbiq edildiyi üçün mövzu tapılmır, xeyr. Jurnalist məhdudiyyət tanımamalıdır. Hər şeyə bir sual kimi, bir mövzu kimi baxmalıdır. Əgər deyirsə ki, yazmağa mövzu yoxdur, o zaman həmin jurnalistin peşədən xəbəri yoxdur. Qısa və konkret, o, sadəcə jurnalist deyil”.

Ayzel

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər