Müğənni Afət Fərmanqızı    
AXTARIŞA VERİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Müğənni Afət Fərmanqızı AXTARIŞA VERİLDİ

Şou

13 May 2022 13:10 296


Müğənni Afət Fərmanqızı barəsində axtarış elan olunub

Modern.az-ın məlumatına görə, hakim Mahirə Kazımovanın sədrliyi ilə araşdırılan şikayətlə bağlı məhkəmə aktı çıxarılıb.

Binəqədi rayon Məhkəməsində Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə icraatı dayandırılıb. pizza hut

Akta görə, müğənni Afət Fərmanqızı məhkəmədən gizləndiyinə görə həbs nəzərdə tutulmadan axtarışa verilib.

Müğənni məhkəməyə gətirilənə qədər məhkəmə icraatının dayandırıldığı elan olunub.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə ittiham olunması tələb edir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!