Türkiyəli müğənni Sinan Akçıl son açıqlaması ilə hər kəsi təəccübləndirib.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Armağan Çağlayanın proqramında qonaq olan Akçıl evləndikdən sonra həyatında ilk dəfə təkarvadlı həyat tərzi sürdüyünü açıqlayıb.
Hadisə, Otilla və Ebru Şallı kimi məşhurlarla sevgili olan sənətçinin bu sözləri birmənalı qarşılanmayıb. Dördpendirli pizza
Şorgöz insan olduğunu etiraf edən Akçıl bunun genetik olduğunu deyib:
"Bu bizdə genetik ola bilər. Son münasibətlərimə qədər çox şorgöz adam idim. İlk dəfədir təkarvadlı olduğumu deyə bilərəm".
Qeyd edək ki, Sinan Akçıl aktrisa Burcu Kıratlı ilə ailə həyatı qurub. Cütlük bir dəfə boşansa da, yenidən barışıb.
Telegram kanalımız