Müharibə əlilinin dövlət qurumlarından bir xahişi var

saytların hazırlanması

Evə çatdırılma

Müharibə əlilinin dövlət qurumlarından bir xahişi var

Sosial

06 Sentyabr 2023 17:08 723


Düşmən üzərində tarixi qələbə və zəfərimizdə xidməti, payı olan olan Vətən sevdalısı igidlərimizdən biri də Qəhrəman Bərdə rayonundan olan Aqil Azər oğlu Yusifovdur. 

Cəmi 19 yaşında Vətən torpaqlarının, doğma Qarabağının murdar erməni işğalından azad olunması yolunda sağlamlığından keçən qazi Aqil Yusifov. Olduqca sadə, səmimi, sakit, mədəni olan Vətən sevdalısı Aqillə bugünlərdə “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin Bərdə rayonunda qazilərlə bağlı təşkil etdiyi görüşdə tanış olduq. Onunla qısa da olsa, söhbətləşdik, hal-əhvallaşdıq. 3-cü qrup müharibə, Qarabağ əlili olan 22 yaşlı Qazimiz hazırda işsizdir və ailə durumu ilə bağlı işə ehtiyacı var. 

Qeyd edək ki, Aqil 2001-ci ilin yanvar ayının 1-də Bərdə rayonunun Mollaisalar kəndində - sadə bir ailədə dünyaya gəlib. Ailənin iki oğlan övladından biridir. 2007-2016-ci illərdə Yalçın Yusifov adına Mollaisalar kənd tam orta məktəbində 9 illik təhsil alıb. Həmin il sənədlərini kollecə verib və Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin maliyyə işi ixtisasına qəbul olunub. 2019-cu ilin may ayının 31-də kolleci bitirib və 18 yaşının tamam olması ilə əlaqədar həmin ilin 23 iyul tarixində həqiqi hərbi xidmətə çağırılıb. Bakı şəhərində yerləşən “N” saylı hərbi hissələrdən birində qulluq edib, tuşlayıcı olub.  Pepperoni pizza

Azərbaycan Ordusunun, bir il iki ayın əsgəri kimi İkinci Vətən Müharibəsinə qatılıb, Füzuli və Xocavənd istiqamətlərində döyüşlərdə iştirak edib və qanlı döyüşlərdən birində-oktyabrın 3-də sağ əlindən ağır yaralanıb, travma alıb, uzun müddət Bakıda və Salyanda müalicə-müayinə olunub. Sonra yenidən həqiqi hərbi xidmətini davam etdirib. Bir il altı ay əvəzinə, iki il Orduda xidmət edib və 2021-ci ilin iyul ayının 3-də təxris olunub. Ali Baş Komandan tərəfindən iki medalla - “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları, o cümlədən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.

2022-ci ilin yayında isə Mingəçevir Dövlət Universitetinin mühasibat uçotu ixtisasına (qiyabi) qəbul olunub və ikinci kursa keçib. O, subaydır. Və qeyd etdiyimiz kimi, hazırda işsizdir və ailə durumu ilə əlaqədar onu qane edəcək işə ciddi ehtiyacı var. Ancaq təəssüflər olsun ki, son dövrlərə qədər işlə bağlı müraciətlərinə müsbət, qaneedici cavab ala bilməyib. Qazimiz isə istəyir ki, onu təmin və qane edəcək, səhhəti işləməsinə imkan verəcək bir işlə təmin olunsun. O, daha çox öz rayonlarında ixtisası üzrə işlə təmin olunmasını istəyir.

Qazimizin dediklərindən: "Mənim kollec diplomum var. Hazırda da ikinci-ali təhsil alıram. Hələlik subayam, ailə durumumuz, maddi imkanımız çətindir. İstəyirəm ki, işlə, özü də ixtisasıma uyğun gələn işlə təmin olunum. Səhhətimlə bağlı digər ağır işlərdə işləyə bilmərəm. İstəyirəm ki, həm özümü dolandıra bilim, həm də ailəmə kömək edim, yardım əlimi uzadım. Bu, mənim bir övladlıq borcumdur. Ona görə çox xahiş edirəm ki, aidiyyatı qurumlar məni öz ixtisasıma uyğun işlə təmin etsinlər". 

A.Zeynalov 

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Regionlarda yaşayan şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin həllinə dəstəyin göstərilməsi, tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır. 

Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!