Müharibədə 469 ukraynalı uşaq ölüb - Hesabat

saytların hazırlanması

Evə çatdırılma

Müharibədə 469 ukraynalı uşaq ölüb - Hesabat

Dünya

15 Aprel 2023 12:30 739


Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində indiyə qədər həlak olan ukraynalı uşaqların sayı 469-a çatıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu "Telegram" kanalında məlumat yayıb.

2022-ci ilin fevralın 24-dən indiyədək Rusiyanın hücumları zamanı 469 uşaq həyatını itirib, 948 uşaq isə yaralanıb. Sezar pizza

Baş Prokurorluq əlavə edib ki, bu məlumatlar yekun xarakter daşımır, çünki aktiv hərbi əməliyyatlar davam edən yerlərdə, müvəqqəti ələ keçirilən və azad edilmiş ərazilərdə işlər davam edir.

Qeyd edək ki, bir gün əvvəl (14 aprel) Ukrayna Milli Polisi məlumat verib ki, Rusiya Federasiyası ilə genişmiqyaslı müharibə başlayandan bəri aprelin 13-nə olan məlumata görə, ümumilikdə 11 258 uşaq itkin düşmüş hesab olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!