Müharibədən qaçanlar sərhəddə 17 kilometrlik tıxac yaratdılar

saytların hazırlanması

Evə çatdırılma

Müharibədən qaçanlar sərhəddə 17 kilometrlik tıxac yaratdılar

Dünya

25 Sentyabr 2022 19:43 1241


Rusiyada qismən səfərbərlik elan ediləndən vətəndaşlar ölkəni kütləvi şəkildə tərk etməyə başlayıb. Hətta Rusiya ilə qonşu ölkələrin sərhəd keçid məntəqələrində vəziyyət gərginləşib, uzunluğu kilometrlərlə ölçülən avtomobil növbələri yaranıb.  

Yenisabah.az xəbər verir ki, axın nəticəsində Rusiya-Gürcüstan sərhədindəki Yuxarı Lars keçid məntəqəsində 17 kilometrlik növbə yaranıb. 

Sürücülər 42 saatdır növbədə gözlədiklərini bildiriblər. Avtomobil növbəsi 17 kilometrə qədər uzanır. Sərhədi keçmək istəyənlərin böyük əksəriyyəti 30-dan aşağı rus kişiləridir. Onlar səfərbərlikdən yayınmaq üçün qonşu ölkələrə üz tuturlar. pizza hut

Qeyd edək ki, bir neçə gün öncə Rusiyada qismən səfərbərlik elan edilib. Prezident Vladimir Putinin səfərbərliklə bağlı qərarı ölkədə böyük etirazlara səbəb olub. 40-a yaxın şəhərdə səfərbərlik əleyhinə aksiyalar keçirilib, mindən çox nümayişçi saxlanılıb./Modern.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!