Murad Arif ictimaiyyətə səsləndi:   Kimsə sinəsinə vurmasın!

saytların hazırlanması

Evə çatdırılma

Murad Arif ictimaiyyətə səsləndi: Kimsə sinəsinə vurmasın!

Şou

29 Dekabr 2020 14:27 1030


"Müharibə və karantindən böyük neqativ ola bilməz. Amma, hər gün sosial mediada balaca-balaca neqativ mövzuları şişirdirik, böyüdürük, bir-birimizi didirik...”

Yenisabah.az xəbər verir ki, bu sözləri tanınmış müğənni-bəstəkar Murad Arif sosial şəbəkə hesabında yazıb.

Sənətçi hər mövzunun sosial şəbəkələrdə geniş müzakirə olunmasının əleyhinə olduğunu bildirib: Marqarita pizza

“Xüsusilə də az-çox auditoriyası olan bloger, jurnalist, artist və s. qismə səslənirəm. Gərginlik pik həddədir. Karantin, məhdudiyyətlər, sosial problemlər, müharibə, itkilər, mübahisəli durum, narazı çıxışlar, hər gün cəbhədəki narahatlıqlar, içimizdəki çaqqallar, diversantlar.

Hamının evinin içində dram yaşanır. Hamı gərgindir!

Sizə düşən sosial media şöhrətini həmçinin cəmiyyətin psixoloji durumuna faydalı yönəldin.

Hər mövzunu status və polemikaya daşımayın.

Bir Tükəzban yaxud bir Həmdullanı "qurban keçisi", "söyüş obyekti", "qınaq mərkəzinə" gıtirmədən öncə, özünüzdən soruşun ki, bu paylaşımla qıcıq olanlar artacaq yoxsa, sevinənlər?! Filankəs salamı belə verdi, filankəs kolbasanı belə doğradı, filankəs yalandan ağladı, möhkəm asqırdı və s.

Səhv hamı edə bilər. Diqqətsizlik hamı edə bilər. Yanlış hamı söyləyə bilər. İnsanıq e... Kimsə sinəsinə vurmasın! Hamımızın da hər hansı bir cümləsi səhv yozulub, olay da olub, stresini bilirik. Gəlin, bir yerdə, cəmiyyəti rahatladaq. Gəlin bərabər, hərə öz auditoriyasına bir az hüzur gətirsin. Deyingənlər, söyənlər, dünyaya, həyata nifrət edənləri qane etmək çətin deyil, vallah. Çətin olan yaşamaq ruhunu, həyat eşqini təbliğ etməkdir. Buna çalışaq.

Günəş mütləq doğacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!