Murad Arif işdən çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Murad Arif işdən çıxdı

Şou

15 Oktyabr 2020 16:06 5504


Məşhur aparıcı Murad Arif “MTV” telekanalındakı işindən ayrılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat verib.

“İyunda bəzi jurnalist dostlar MTV kanalına təyinatımla bağlı xəbərlər paylaşdı. O vaxt da söylədim ki, bəli, dəvət var, müzakirə gedir, dəqiqləşən kimi, açıqlama edəcəm. Güman edirəm ki, bunu bu gün yazmalıyam. Sentyabrdan etibarən məni sevimli MTV ilə yalnız gözəl münasibətlər birləşdirir. Bundan başqa heç bir əməkdaşlığımız yoxdur. O vaxt da söyləmişdim ki, yaradıcılığım, öz verilişim və şəxsi biznesimlə yeni vəzifəyə zaman ayıra biləcəyimdən əmin deyiləm. Ona görə də, çox dəyərli MTV rəhbərliyindən, özüm üçün sınaq müddəti istədim və çox qısa müddətdə kanalla əməkdaşlıq etdim. Öz növbəmdə MTV rəhbərliyinə dəvət üçün minnətdarlığımı bildirir və bütün əməkdaşlarına sevgilərimi göndərirəm. Hər zaman dediyim kimi, yenə söyləyirəm, MTV bütün sənət dünyasına lazımdır. Uğurlar olsun doğma kanalımıza". Toyuqlu pizza

Qeyd edək ki, M.Arif bir neçə ay öncə “MTV Azərbaycan” kanalında musiqili depertamentin direktoru vəzifəsinə təyin edilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!