Murad Arif yeni kampaniyaya başladı   - Video

saytların hazırlanması

Evə çatdırılma

Murad Arif yeni kampaniyaya başladı - Video

Şou

19 Yanvar 2021 17:52 966


Müğənni Murad Arif rəqs “challenge”i başladıb.

Yenisabah.az xəbər verir ki, bu barədə müğənni öz “Facebook” səhifəsində məlumat paylaşıb.

“Xaricdə yaşayanlara deyin ki, "rəqs challenge" edirik. Bu “challenge”ə qoşulmaq üçün aşağıdakılar edilməlidir: pizza sifarişi

1. Özünüzlə kolonka götürürsünüz.

2. Olduğunuz şəhərin simvolik, gözəl bir məkanına gedirsiniz.

3. Tək və yaxud dostlarınızla bu nəğməni (“Qarabağ” mahnısı”) 1-2 dəqiqə rəqs edirsiniz.

4. Fonda Azərbaycan bayrağını göstərə bilərsiniz.

5. Çəkiliş keyfiyyətli alınmasına səy göstərin.Yəni şəhər də görünsün.

6. Telefonu horizontal tutun.

7. Videonu mənə göndərin.

Göndərmək üçün 2-3 həftə vaxtınız var. Göndərin ki, "Qarabağın Səsi" dünya şəhərlərindən gəlsin”,-deyə Murad Arif əlavə edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!