Musa və Təranənin qızı musiqi yarışmasında seçildi   - Video

saytların hazırlanması

Evə çatdırılma

Musa və Təranənin qızı musiqi yarışmasında seçildi - Video

Şou

07 Sentyabr 2019 16:33 1634


Müğənni Təranə Qumral və Musa Musayevin qızı Sevgim Musazadə ATV telekanalında yayımlanan "Azərbaycanın səsi - Bala" yarışmasında iştirak edib.

“Yeni Sabah” xəbər verir ki, 11 yaşlı Sevgim türk mahnısı "Keskin bıçaq"ı səsləndirib. Münsif kürsüsündə əyləşən hər 3 jüri də onun ifasını bəyənib və düyməni basaraq, onu öz komandasına əlavə etmək istəyini bildiriblər.

Sevgim jurilərin hamısını sevdiyini bidirsə də, yarışmanı Əməkdar artist İntiqam Kərimovun komandasından davam etmək istədiyini söyləyib. Sezar pizza

Qeyd edək ki, yarışmada digər münsif kürsüsündə Xalq artisti Nazpəri Dostəliyeva və müğənni Elnur Məmmədov əyləşib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!