Müsavat Bakıda aksiya keçirməyə cəhd göstərdi

saytların hazırlanması

Evə çatdırılma

Müsavat Bakıda aksiya keçirməyə cəhd göstərdi

Siyasət

17 İyul 2019 12:49 1333


Müsavat Partiyası Gənclər Təşkilatının bir qrup üzvü iyulun 17-də İranın Bakıdakı səfirliyinin önündə aksiya keçirməyə cəhd edib. Aksiya İran və Ermənistanın birgə silah istehsalına etiraz olaraq keçirilib.

Lakin polis etirazçıları "İçərişəhər" metro stansiyasının yanında saxlayıb.

Partiyanın Gənclər Təşkilatının sədri Elman Quliyev saxlanılaraq naməlum istiqamətə aparılıb. Toyuqlu pizza

Həmçinin Razi Əmiraslanov, Tofiq Yaqublu, Ayxan Hacıbəyli, Arzuman Bulud, Əzim Məmmiyev, Rəhim Yaqublu, Qədir Nağıyev saxlanılıb.

10-dan çox adam Səbayel Rayon Polis İdarəsinə aparılıb.

Piketin qətnaməsində İran hökumətinə tələblər irəli sürülüb. Tələblərin sırasında Ermənistanla hərbi əməkdaşlıqdan imtina etmək, birgə silah istehsalına dair müqaviləni ləğv etmək, İranda təqib edilən azərbaycanlı fəalları azad etmək var.

E.Quliyevdən başqa saxlanılan digər şəxslər sonradan buraxılıb.

Azərbaycan hakimiyyətindən bu hərəkətə adekvat münasibət bildirmək tələb edilib.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti hakimiyyəti piketə icazə verməmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!