Nadir-Ayan münasibəti: “Vecimə də deyil!”

saytların hazırlanması

Evə çatdırılma

Nadir-Ayan münasibəti: “Vecimə də deyil!”

Şou

26 Noyabr 2024 10:44 669


Müğənni Ayan Babakişiyeva duet ortağı Nadir Qafarzadə ilə zaman-zaman haqqında yazılanlara münasibət bildirib.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu barədə o, “Pərvizə görə” layihəsində danışıb:

“Boş-boş xəbərlərdir. Vecimə almıram. Həmçinin şərhləri də. Olmayan şey üçün niyə özümü narahat edim?! Əvvəl münasibətimiz necə idirsə, indi də o cürdür. Duet oxuduğumuz vaxtlarda həftədə bir dəfə danışardıq, ya danışmazdıq. İndi də xeyli müddətdir danışmırıq. O gündə İsa Şükürovun efirində dedi ki, səndə İlhamə Quliyevalaşma gedir.  Çox dəxlisiz idi. Həmişə deyirəm, Nadir yaxşı insandır, sadəcə tez özündən çıxan, tez alışan-yanandır. İnsan dost deyəndə onu hər cür qəbul edir. Düşüncəmdə Nadirə qarşı mənfi fikir yoxdur. Normaldır”. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!