Nadir Qafarzadə: “Baloğlan Əşrəfovun vaxtı çatmışdı“

saytların hazırlanması

Evə çatdırılma

Nadir Qafarzadə: “Baloğlan Əşrəfovun vaxtı çatmışdı“

Şou

04 May 2021 16:05 1555


Əməkdar artist Baloğlan Əşrəfov gecə saatlarında dünyasını dəyişib. Koronavirusa yoluxan müğənninin ölümündən bir neçə saat öncə verdiyi açıqlama böyük səs-küyə səbəb oldu.

Onun açıqlamasında "Koronavirus daşıyıcıları verilişə gəlirlər, mikrofonu ağızlarına tuturlar, biz də eyni mikrofondan istifadə edirik" - deməsi birmənalı qarşılanmadı.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan müğənni Nadir Qafarzadə uzun müddətdir efirlərə çıxmadığını deyib: Marqarita pizza

“Mən son zamanlar demək olar ki, ümumiyyətlə, efirlərə çıxmıram. Özüm dekabr ayında bu xəstəliyi keçirmişdim. Yoluxdum, ev şəraitində müalicə aldım. Ciyərimi yoxlatdırdım, 5 faiz çıxdı, ev şəraitində güclü dərmanlar, sistemlər qəbul etdim və ötüb keçdi. Xəstəxanaya getməyə məcbur qalmadım. Düşünürəm ki, virusa yoluxub-yoluxmamaq qismətdir”.

İfaçı Baloğlan Əşrəfovun ölümünü qismət adlandırıb:

“Müsəlmanların inancları çoxdur, bizlər çox şeyə inanırıq. Bu bir qismətdir, istər koronadan, istər dağdan aşsın, istər daşın altında qalsın, qismətdə varsa, dünyanı dəyişirsən. Baloğlan Əşrəfovun da mənə elə gəlir ki, zamanı çatmışdı, qisməti buraya qədər idi. Biz Allahla savaşmırıq, üsyan etmirik ki, niyə belə oldu. Sadəcə təəssüflənirik ki, bir sənət adamı da getdi, bir yaxşı oğlan, gözəl insan həyatdan getdi. Qismətdir, sabah-birigün bu mənim də başıma gələ bilər. Taledir, kimə nə yazılıbsa o da olacaq. Fərq eləmir, koronadan, şəkərdən, xərçəngdən, axır-əvvəl bunu yaşayacaq. Qismətdən artığını yemək olmur”.

Əsmətxanım 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!