Müğənni Nadir Qafarzadə AzTV telekanalı tərəfindən ona qadağa qoyulduğunu açıqlayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkədə danışan ifaçı telekanaldan onu 10 gün əvvəl verilişə dəvət etsələr də, bu gün səhər zəng edib gəlməməsini bildiriblər:
"Təxminən 10 gün əvvəl "Eyvan" verilişinə çıxmalı idim. Hər şey planlanmışdı. Bu gün səhər saat 10-da zəng etdilər ki, verilişin formatı dəyişdi, orada başqa ifaçılar olacaq. Məncə, bu heç də belə deyil, bu, mənə qarşı olan növbəti haqsızlıqdır. Mən uşaq deyiləm, bəlli bir yaşım var, illərdir sənətdəyəm. Yəqin ki, bundan rəhbərliyin xəbəri yoxdur, olsa idi, belə bir şey baş verməzdi. Axı mən çıxıb insanlara anons edirəm. Sonradan anladım ki, deyəsən mən ümumiyyətlə, AzTV-də qadağadayam. Bunu açıq deyirəm, mən və mənim kimi bir çox ifaçılar qadağadadır. Çünki AzTV- də bəzi adamlar var ki, onlar idarə edirlər. Mən bilirəm televiziyada kimlər qabağımı kəsir. Nanəcib insanlar var, bu ömür boyu belə olub. Gələcəkdə də belə olacaq. Bizə düşmən lazım deyil ki, xaricdə düşmən axtarmayın, onlar öz içimizdədir. Biz az üzüldüm düzü, həm əziyyətimə görə, həm də sizlərə söz verdiyim üçün". Sezar pizza
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız