Naibəni “ucuz” adlandırmışdı, onu isə...

saytların hazırlanması

Evə çatdırılma

Naibəni “ucuz” adlandırmışdı, onu isə...

Şou

16 Avqust 2022 16:11 883


Aktyor Cavidan Novruz Xalq artisti Səidə Quliyevanın komediyaçıları tənqid etməsinə münasibət bildirib.

“Yeni Sabah” Olay-a istinadən xəbər verir ki, Cavidan bu barədə feysbuk hesabında post paylaşıb.

"Səidə Quliyeva komediyaçıları tənqid edib, ciddi deyirəm, heç bir sarkazm etmirəm. O nə deyibsə, düz deyib. Çünki sözün əsl mənasında sənətkardır. O, hər şeyi gözəl bilir. Fikirləri qarşısında baş əyib əllərindən öpürəm. pizza hut

Mənim üçün belə sənətkarların sözü sözdür! Yoxsa, bəziləri kimi... Səidə xanımın elə "Bala başa bəla"da İzzət Nəfisli və bir sıra filmlərdə, teatrlardakı obrazları bəs edir",- deyə, C. Novruz bildirib.

Qeyd edək ki, S. Quliyeva "Yenisabah"a olan müsahibəsində komediyaçıları tənqid edib. Eyni zamanda Xalq artisti Naibə Allahverdiyeva da bir müddət əvvəl komediya aktyorlarına irad bildirmişdi. Cavidan sənətçini "ucuz" adlandırmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!